Nepalın Baş naziri Balendra Şah Bhote-Kosi çayında baş verən dağıdıcı daşqına iqlim dəyişikliyinin səbəb olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook” sosial səhifəsindəki paylaşımda bildirib.
"Sübut olunub ki, iqlim dəyişikliyi səbəbindən Himalay bölgəsində temperatur 1,8 dərəcə yüksəlib, buna görə də fəlakətin məhz bu səbəbdən baş verdiyinə heç bir şübhə yoxdur. İqlim dəyişikliyi qlobal problemdir, onun yaratdığı fəlakətlərə reaksiya vermək isə bütün dünyanın müştərək məsuliyyətidir", – deyə o yazıb.
Şahın sözlərinə görə, ekspertlər daşqının böyük yüksəklikdən buzlaqın bir hissəsinin qoparaq uçması nəticəsində yarandığını ehtimal edirlər.
Düşmə anında buz əriməyə başlayıb və Himalay dağlarından dərəyə doğru endikcə sürət yığan güclü bir axına çevrilib. Baş nazir baş verənləri Himalay regionunda artan iqlim riskləri barədə ciddi bir siqnal adlandırıb və bu mövzunu beynəlxalq səviyyəyə çıxarmaq niyyətində olduğunu bildirib.
Bizim.Media









































































































