İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

Hazırda oxunan: İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı
634484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranla əlaqəli hakerlər son zamanlar Birləşmiş Ştatların su təchizatı, energetika, telekommunikasiya və digər həyati əhəmiyyətli kritik infrastruktur obyektlərinə kütləvi kiberhücumlar həyata keçiriblər.

Bizim.Media xəbər verir ki, bu haqda "NBC News" telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.
 

Kiberhücumların əsas hədəfi internetə qoşulmuş sənaye idarəetmə sistemləri, xüsusən də su təchizatı obyektləri olub.


ABŞ rəsmilərinin verdiyi məlumata görə, hücumlara 100-dən çox su təchizatı və çirkab suların təmizlənməsi müəssisəsi məruz qalıb.

Bununla belə, Amerika rəsmiləri sözügedən kiberhücumlar nəticəsində kritik infrastrukturların fəaliyyətində hər hansı ciddi dayanma və ya ciddi nasazlığın baş vermədiyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO