Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Hazırda oxunan: Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

634286

ABŞ Silahlı Qüvvələri hazırda İranın Hörmüz boğazı yaxınlığındakı obyektlərinə güclü və genişmiqyaslı zərbələr endirir və İran onlara cavab verməyə cəhd edəcəyi təqdirdə daha güclü zərbələr endiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
 

"Zərbələr genişmiqyaslı və güclüdür, bunlar iranlıların boğazda (Hörmüz - red.) dəniz minaları yerləşdirmək cəhdinə cavabdır. Hazırda orada heç bir mina yoxdur – onların hamısı tamamilə çıxarılıb və ya məhv edilib! Həmçinin bu zərbələr iranlıların İordaniyadakı hərbi bazamıza atdığı və uğurla ələ keçirilən səkkiz raketə cavabdır", - ABŞ lideri qeyd edib.


Onun sözlərinə görə, əgər İran cavab addımları atsa, ABŞ təkrar, daha sərt və genişmiqyaslı zərbə endirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO