Norveçin yeni kralı parlament qarşısında and içdi

Norveçin yeni kralı parlament qarşısında and içdi

Hazırda oxunan: Norveçin yeni kralı parlament qarşısında and içdi

634230

Sentyabrın 1-də Norveçin yeni kralı VII Hakon ölkənin parlamentində – Stortinqdə and içib.

Bizim.Media xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Yeni monarx Stortinq nümayəndələrinin qarşısında Konstitusiyaya uyğun olaraq idarəçilik edəcəyinə söz verib:

"Mən söz verirəm və and içirəm ki, Norveçi onun konstitusiyasına və qanunlarına uyğun olaraq idarə edəcəyəm, qadir və hər şeyi bilən Allah mənə kömək olsun".

Kral həmçinin Stortinq və kral evi arasında səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib:

"Kraliça və mən ölkənin və xalqın xeyri üçün öz vəzifələrimizi yerinə yetirməyə hazır olduğumuzu təsdiq edirik".

Mərasimdə kralı taxt-tac varisi şahzadə İnqrid Aleksandra müşayiət edib. Kraliça Sonya və şahzadə Sverre Maqnus isə andiçmə mərasimini Stortinq zalından izləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO