8 ayda 20 milyard itirdilər

8 ayda 20 milyard itirdilər

Hazırda oxunan: 8 ayda 20 milyard itirdilər

634225

2026-cı ilin əvvəlindən etibarən Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 19,7 milyard dollar azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinin "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadən apardığı hesablamalarda qeyd olunur.

Rusiyanın ən varlı beşliyində yer alan iş adamları:

Aleksey Mordaşov ("Severstal"ın təsisçisi) – 27,7 milyard dollar (reytinqdə liderdir)

Leonid Mixelson ("Novatek"in rəhbəri) – 24,1 milyard dollar

Vladimir Potanin ("Nornikel"in prezidenti) – 22,7 milyard dollar

Vladimir Lisin (NLMK Direktorlar şurasının sədri) – 22,5 milyard dollar

Vahid Ələkbərov ("LUKOYL"un təsisçisi) – 20,7 milyard dollar

Dünya miqyasında vəziyyət:

Dünyanın 500 ən varlı insanın daxil olduğu BBI reytinqinə ümumilikdə 18 Rusiya vətəndaşı daxildir. Qlobal siyahının zirvəsində isə "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask (888 milyard dollar) qərarlaşıb. İlk beşliyə həmçinin Larri Peyc (291 milyard dollar), Ceff Bezos (281 milyard dollar), Sergey Brin (271 milyard dollar) və Maykl Dell (232 milyard dollar) daxildirlər.

Qeyd edək ki, İndeks milyarderlərin sahib olduqları şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO