Kir Starmer deputat mandatından imtina etdi

Kir Starmer deputat mandatından imtina etdi

Hazırda oxunan: Kir Starmer deputat mandatından imtina etdi

634218

Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer deputat mandatından imtina etdiyini açıqlayıb. O bundan sonrakı fəaliyyətini beynəlxalq məsələlərə yönəldəcəyini qeyd edib.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Starmerin bu qərarı Londonun Holborn və Sent Pankras seçki dairəsində əlavə seçkilərin keçirilməsinə səbəb olacaq.

Kir Starmer bu ilin yayında Baş nazir vəzifəsindən istefa verib və onu bu postda Endi Börnhem əvəz edib. Sabiq hökumət başçısının istefasından sonra deputat kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı bir neçə həftədir müzakirələr aparılırdı.

Baş nazir vəzifəsindən ayrıldıqdan qısa müddət sonra BBC-yə müsahibəsində Starmer növbəti ümumi seçkilərə qədər deputat kimi qalacağını bildirmişdi.

Sabiq Baş nazir bundan sonra müdafiə, təhlükəsizlik, ticarət və texnologiya da daxil olmaqla, sürətlə dəyişən dünyada beynəlxalq məsələlərə diqqət yetirəcəyini bildirib. O, həmçinin qadın və qızlara qarşı zorakılıqla mübarizə istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO