Mel Gibson onu ələ saldığına görə üzr istədi

Mel Gibson onu ələ saldığına görə üzr istədi

Hazırda oxunan: Mel Gibson onu ələ saldığına görə üzr istədi

634205

Tanınmış amerikalı aktyor və rejissor Mel Gibson Kanadada keçirilən "FAN EXPO" əyləncə sənayesi sərgisində səhnəyə çıxarkən yol verdiyi hərəkətə görə üzr istəyib.

Bizim.Media xəbər verir ki, 70 yaşlı aktyor səhnəyə daxil olarkən əllərinin hərəkəti ilə surdoptərcüməçinin işini parodiya edib və ələ salıb.

Sosial şəbəkələrdə yayılan kadrlardan sonra istifadəçilər aktyorun bu davranışını sərt tənqid edərək onu "məyusedici" və "kobud" adlandırıblar.

Dalğalanan tənqidlərdən sonra Mel Gibson açıqlama yayaraq səhvini etiraf edib:

"Bəzən səhnəyə proyektorların işığı altında çıxarılanda fikirlər sadəcə dağılır, bəzən isə spontan, düşünülməmiş idiotizm baş verir. Mənim heç bir pis niyyətim yox idi, əlbəttə ki, incik saldığım hər kəsdən üzr istəyirəm".

Avstraliyanın Baş naziri Kayli Minouq ilə bağlı zarafatına görə üzr istəyib

Digər tərəfdən, Avstraliyanın Baş naziri Entoni Albanese də podkastların birində səsləndirdiyi fikirlərə görə tənqid hədəfinə tuş gəlib və üzr istəyib. "Bush Deep" podkastında aparıcı siyasətçiyə Avstraliyalı məşhurlar — Kayli Minouq, Nikol Kidman və Ronda Börçmor haqqında zarafatca seçim etməyi təklif edib.

Əvvəlcə evli olduğunu xatırladaraq cavab verməkdən imtina edən baş nazir, aparıcının təkidi ilə Kayli Minouqu seçərək onun "möhtəşəm" olduğunu bildirib.

Bu açıqlama qadın hüquqları müdafiəçiləri və digər siyasətçilər tərəfindən sərt tənqid olunub, lakin baş nazirin leborist həmkarları onu müdafiə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO