Məktəbdə insident: 7-ci sinif şagirdi fizika müəlliminə bıçaqla hücum etdi - VİDEO

Məktəbdə insident: 7-ci sinif şagirdi fizika müəlliminə bıçaqla hücum etdi - VİDEO

Hazırda oxunan: Məktəbdə insident: 7-ci sinif şagirdi fizika müəlliminə bıçaqla hücum etdi - VİDEO

634161

Rusiya Federasiyasının Krasnoyarsk diyarının Kansk şəhərində yerləşən 2 nömrəli məktəbdə dəhşətli insident baş verib.

Bizim.Media xəbər verir ki, yeddinci sinif şagirdi məktəbdə silahlı hücum törədib.

"112" Telegram kanalının məlumatına görə, 7 "A" sinif şagirdi olan Dariya əvvəlcə sinif otağında fizika müəlliminə qarşı qaz balonundan istifadə edərək qaz püskürüb, daha sonra isə onu bıçaqlamağa cəhd göstərib. Şahidlərin sözlərinə görə, məktəbli həmçinin sinifə yanıq məhlulu ilə dolu şüşə ("Molotov kokteyli") tullamağa cəhd edib.

Hadisə zamanı məktəbdə olan şagirdin valideyni müəllimə kömək edərək qızı sinifdən çölə itələyib. Hücumçu məktəb əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb. Məlum olub ki, məktəbin girişindəki metal detektor işlək vəziyyətdə olub və siqnal verib.
 

Hadisə nəticəsində ümumilikdə 9 nəfər xəsarət alıb. Yaralananlar arasında direktor müavini, sinif rəhbəri, texniki işçi, kimya müəllimi və 5 məktəbli var. Onlarda bıçaq xəsarətləri, üz travmaları və gözlərin kimyəvi yanıqları qeydə alınıb. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.


İlkin məlumata görə, yeniyetmə qız sinif yoldaşları və bəzi müəllimlərlə münasibətlərinin gərgin olduğunu bildirib. Onun telefonunda aparılan yoxlamalar zamanı radikal məzmunlu Telegram kanalına abunə olduğu aşkar edilib. Hal-hazırda həmin resursun administratoru müəyyənləşdirilir.

Daha əvvəl heç bir qeydiyyatda durmayan məktəbli qızın psixiatriya xəstəxanasına yerləşdirilməsi məsələsi həll olunur. Hadisə ilə əlaqədar məktəbdə planlaşdırılan tədbir ləğv edilib, ərazidə xüsusi xidmət orqanları işləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO