Kişi həyat yoldaşını girov götürərək qətlə yetirdi

Kişi həyat yoldaşını girov götürərək qətlə yetirdi

Hazırda oxunan: Kişi həyat yoldaşını girov götürərək qətlə yetirdi

634159

Rusiyanın Saxalin vilayətində dəhşətli hadisə baş verib. 47 yaşlı kişi evdə məişət münaqişəsi zəminində öz həyat yoldaşını (vətəndaş nikahında yaşadığı qadını) girov götürərək silahla hədələyib və ona bıçaq xəsarətləri yetirib.

Bizim.Media xəbər verir ki, istintaqın məlumatına görə, hücum zamanı 47 yaşlı Aleksey T. 44 yaşlı Olqa Ş.-yə əvvəlcə beş bıçaq zərbəsi vurub. Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib.

Cinayətkarı zərərsizləşdirmək üçün hüquq-mühafizə orqanları СОБР (Xüsusi Təyinatlı Sürətli Reaksiya Dəstəsi) qüvvələrinin dəstəyi ilə əməliyyat keçirib.

Kişi hüquq-mühafizəçilərin müdaxiləsi zamanı qadına daha iki bıçaq zərbəsi yetirməyə imkan tapıb. O, ayağından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

"112" Telegram kanalının məlumatına görə, girov saxlanılan qadın aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO