Dünyada sahili olmayan yeganə dəniz

Dünyada sahili olmayan yeganə dəniz

Hazırda oxunan: Dünyada sahili olmayan yeganə dəniz

634119

Dünyada elə bir dəniz var ki, heç bir quru sahəsi ilə həmsərhəd deyil. Söhbət Atlantik okeanının ortasında yerləşən Sargasso dənizindən gedir.

Bizim.Media xəbər verir ki, Sargasso dənizi tamamilə okeanın daxilində yerləşir və onu heç bir materik və ya ada əhatə etmir. 

Florida ştatından təxminən 950 kilometr şərqdə yerləşən bu əraziyə ən yaxın quru sahəsi qərbdəki Bermuda adalarıdır. Dənizin sahili olmadığı üçün burada klassik mənada çimərlik də yoxdur.

Maraqlıdır ki, Sargasso dənizinin sərhədlərini quru ərazilər deyil, okeanın dörd böyük cərəyanı müəyyənləşdirir. Qərbdən Körfəz cərəyanı, şimaldan Şimali Atlantika cərəyanı, şərqdən Kanar cərəyanı, cənubdan isə Şimali Ekvatorial cərəyanı bu nəhəng su hövzəsini əhatə edir.

Təxminən 3 milyon kvadratkilometr əraziyə yayılan dənizin uzunluğu 3200, eni isə 1100 kilometrə çatır. Orta dərinliyi isə təxminən 5 min metrdir.

Sargasso dənizi tarixən sakit suları və uzunmüddətli küləksizliyi ilə dənizçilər arasında narahatlıq yaradıb. Bildirilir ki, 1492-ci ildə Kristof Kolumb da bu ərazidən keçərkən küləyin olmaması səbəbindən açıq dənizdə ilişib qalmaqdan ehtiyat edib. Bu gün isə həmin sakit sular bölgədən keçən iri sərnişin gəmilərinin hərəkəti üçün əlverişli şərait yaradır. (metbuat.az)

Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO