Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek şəhərində keçirilən sammitində çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov təşkilatın keçdiyi inkişaf yolundan danışıb. O bildirib ki, ŞƏT cəmi 25 il ərzində sərhəddə etimad tədbirlərinin gücləndirilməsi mexanizmindən dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevrilib.
Bizim.Media xəbər verir ki, prezident təşkilatın özünü doğrultduğunu və böyük tələbat olduğunu vurğulayıb:
"ŞƏT ölkələrində planet əhalisinin təxminən 40 faizi yaşayır və dünya ÜDM-nin təqribən dörddəbiri istehsal olunur."
Sadır Japarov qırğız sədrliyinin fəlsəfəsinin xalq müdrikliyinə əsaslandığını qeyd edib:
"Qırğız sədrliyinin fəlsəfəsi “Ырыс алды — ынтымак” (Birlik rifahın əsasıdır) xalq müdrikliyi oldu. Bu sözlərdə şanxay ruhunun mahiyyəti əks olunub."
Sammit çərçivəsində aktual məsələlərin müzakirə olunacağı, gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdiriləcəyi və təşkilat tarixinin davamlı sülhə, birgə inkişafa və ümumi rifaha yönəlmiş növbəti səhifəsinin açılacağı gözlənilir.
Qeyd edək ki, Sadır Japarovun açılış nitqindən sonra sammitin qapalı rejimdə iclasına start verilib.
Bizim.Media































































































