Avqust ayında dünyada qiyməti ən çox bahalaşan məhsul kakao olub.
Bizim.Media xəbər verir ki, bu barədə "RIA Novosti" ICE Futures, CME Group və Şanxay Metal Birjasının məlumatlarına istinadən yazır.
Birjaların məlumatına görə, kakaonun dəyəri aylıq ifadədə 28,22% artıb. Həmçinin şəkər (+19,87%) və buğdanın (+17,11%) qiymətlərində də ciddi artım qeydə alınıb. Bununla yanaşı, qida məhsulları arasında ən çox ucuzlaşanlar portağal şirəsi (-6,42%), qəhvə (-3,97%) və çay (-3,94%) olub.
Hesabatdan məlum olur ki, avqust ayının yekunlarına görə qiyməti ən çox düşən məhsul kobalt hidroksid olub. Bu maddənin dəyəri 16,75% azalıb.
Dünya Bankının avqustun 5-nə olan məlumatları isə göstərib ki, əsas qəhvə növləri olan arabika və robusta qəhvəsinin birja qiymətləri iyul ayının yekunlarına görə yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb. Qlobal bazarda robusta qəhvəsinin dəyəri iyun ayı ilə müqayisədə 9,1% artaraq bir kiloqram üçün 4,07 dollar təşkil edib.
Eyni zamanda, arabika qəhvəsinin bir kiloqramının qiyməti yay silsiləsinin ilk ayı ilə müqayisədə 16,5% artaraq 7,91 dollara çatıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:51 / 31.08.2026
Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu
Hazırda oxunan: Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu
Hazırda oxunan: Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu
634092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































