Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Hazırda oxunan: Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

627148

Manilada ASEAN tədbirləri çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya gələcəkdə də silah ötürülməsinin yolverilməz olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
 

"S.V. Lavrov amerikalı həmkarının diqqətinə döyüş təmas xəttindəki real vəziyyəti çatdırıb və Kiyev rejiminin silahlarla təmin edilməsinin davam etdirilməsinin yolverilməzliyini xüsusi vurğulayıb", — deyə XİN-dən bildirilib.


Bundan əlavə, nazir hələ də Rusiyaya "strateji məğlubiyyət" yaşatmağa çalışan Avropa ölkələrinin sabitliyi pozan siyasətinə diqqət çəkib.

Qeyd edək ki, iyulun 23-də Manilada Sergey Lavrov ilə Marko Rubio arasında danışıqlar baş tutub. Tərəflər 35 dəqiqə davam edən görüş zamanı Moskva ilə Vaşinqton arasındakı münasibətləri, eləcə də Rusiya-Ukrayna münaqişəsinin dayandırılması zərurətini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO