"ASTRA" Teleqram kanalı gecə saatlarında Voronej vilayətinə edilən Ukrayna PUA hücumunun fotolarını təhlil edərək yazır ki, zərbə Novousman rayonunda yerləşən "Magnit" ticarət şəbəkəsinin iri paylama mərkəzinə dəyib.
Bizim.Media xəbər verir ki, həmin kompleks şirkətin bir neçə vilayətdə yerləşən yüzlərlə mağazasına xidmət göstərir.
Bundan başqa, bu gün Zelenodolsk şəhərində yerləşən Wildberries anbarı üzərində tüstünün müşahidə edildiyi bildirilir. Açıq mənbələr əsasında anbar binasının zədələnib-zədələnmədiyini müəyyən etmək mümkün olmayıb.
Xatırladaq ki, bundan əvvəl Voronej vilayətinin qubernatoru Aleksandr Qusev hücumlar nəticəsində "marketpleyslərdən (onlayn ticarət platforması) birinin anbarının damının və digər oxşar tikilinin fasadının zədələndiyini" bildirmişdi. O, söhbətin hansı marketpleysdən getdiyini dəqiqləşdirməmişdi.
Hücumlar nəticəsində vilayətdə üç yaşlı uşaq həlak olub.
Bizim.Media





































































































