Ötən həftə istefaya göndərmişdi - İndi yeni vəzifələr TƏKLİF EDİR...

Ötən həftə istefaya göndərmişdi - İndi yeni vəzifələr TƏKLİF EDİR...

Hazırda oxunan: Ötən həftə istefaya göndərmişdi - İndi yeni vəzifələr TƏKLİF EDİR...

627080

Ukrayna Prezidenti Volodimir Zelenski Mixaylo Fedorova bir neçə vəzifə təklif etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə İrlandiyanın Baş naziri Micheál Martin ilə Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.

Prezidentin sözlərinə görə, Fedorova son olaraq Ukraynanın hərbi innovasiyalar üzrə baş nazir müavini vəzifəsi təklif edilib.

"Bu çox vacibdir. Çünki innovasiyalar Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin baş komandanı və prezident arasında koordinasiya olunmalıdır. Bütün bunlar hər gün həyata keçirilməlidir", – deyə Zelenski bildirib.
 

Ukrayna lideri keçmiş Silahlı Qüvvələr baş komandanı və Baş Qərargah rəisinin yeni ordu rəhbərliyi ilə işləməyə davam edəcəyini də qeyd edib. Onun sözlərinə görə, onlar öz təcrübələrini bölüşəcək və qərarların qəbulunda dəstək göstərəcəklər.


Zelenski həmçinin bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya Prezidenti Vladimir Putinın ətrafında iki fərqli mövqe formalaşıb. Onlardan biri iqtisadi vəziyyətin pisləşməsi səbəbindən müharibənin dayandırılmasının tərəfdarıdır, digəri isə döyüşlərin davam etdirilməsini və səfərbərliyin genişləndirilməsini istəyir.

Xatırladaq ki, müdafiə naziri Mixail Fedorov ötən həftə istefaya göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO