Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, 29 yaşlı şahzadə Abdullah bin Fəhd bin Abdullah bin Əbdüləziz bin Cəlavi Al Səud ötən ilin noyabrında Londondakı oteldə ölü tapılıb. Şahzadənin cəsədi Qərbi Londondakı Kensington rayonunda yerləşən Marriott otelinin hamam otağında təmizlik işçisi tərəfindən aşkarlanıb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, Daily Mail nəşrinin əldə etdiyi informasiyaya görə, şahzadənin qanında yüksək miqdarda alkoqol, həmçinin ölümcül dozaya yaxın GHB maddəsi, kannabis izləri, Xanax (alprazolam) və digər sakitləşdirici preparatlar aşkarlanıb.
İstintaqın qənaətinə görə, bu maddələrin birgə təsiri ürəyin dayanmasına səbəb olub.
Məhkəmədə bildirilib ki, şahzadə uzun müddət alkoqol və sakitləşdirici vasitələrdən asılılıqla mübarizə aparıb. O, hadisədən bir neçə ay əvvəl Londondakı reabilitasiya mərkəzində detoks kursu keçib, daha sonra isə başqa bir özəl klinikada müalicəsini davam etdirib.
Qərarda hadisənin intihar deyil, bədbəxt hadisə olduğu qeyd olunub.
Videomüşahidə kameralarının görüntülərinə əsasən, şahzadə ölümündən əvvəl axşam saatlarında təkbaşına siqaret çəkmək üçün otaqdan çıxıb, sonra geri qayıdıb və bundan sonra onun otağına heç kim daxil olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:54 / 23.07.2026
Səudiyyə şahzadəsinin Londonda ölüm SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Səudiyyə şahzadəsinin Londonda ölüm SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Səudiyyə şahzadəsinin Londonda ölüm SƏBƏBİ AÇIQLANDI
627079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































