Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Hazırda oxunan: Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır
626731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın cənub-şərqində yerləşən Kirman əyalətində həddindən artıq isti hava şəraiti səbəbindən dövlət müəssisələri və təhsil ocaqları fəaliyyətini dayandıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, Kirman rəhbərliyi yüksək temperatur və elektrik şəbəkəsinin sabitliyini qorumaq məqsədilə belə qərar qəbul edib.

Qeyd olunub ki, isti hava dalğasının təsirlərini azaltmaq və enerji təminatında problemlərin qarşısını almaq üçün əyalətdəki bütün dövlət qurumları və təhsil müəssisələri sabah bağlı olacaq.

Qərarın təcili yardım xidmətləri, səhiyyə müəssisələri, xidmət sahələri, hərbi və təhlükəsizlik bölmələrinə, eləcə də, müəyyən edilmiş bank və sığorta filiallarına şamil edilmədiyi qeyd olunub.

İsti və yarımsəhra iqlimi ilə seçilən Kirman əyalətində son illərdə temperaturun rekord həddə yüksəldiyi, uzunmüddətli istilərin isə gündəlik həyata və enerji istehlakına ciddi təsir göstərdiyi bildirilir. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO