İran ABŞ-ın Küveytdəki hərbi bazalarına dronlarla hücum etdi - VİDEO

İran ABŞ-ın Küveytdəki hərbi bazalarına dronlarla hücum etdi - VİDEO

Hazırda oxunan: İran ABŞ-ın Küveytdəki hərbi bazalarına dronlarla hücum etdi - VİDEO

626516

İran Silahlı Qüvvələri Küveyt ərazisində yerləşən ABŞ hərbi bazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, İran ordusunun yaydığı məlumata görə, hücumlar "İldırım" əməliyyatı çərçivəsində həyata keçirilib.

Bildirilib ki, zərbələr "Ərəfcan" bazasının inzibati binaları və rabitə sistemlərinə, "Əl-Ədiri" düşərgəsindəki helikopter dayanacağına, eləcə də "Əhməd əl-Cabir" bazasında şəxsi heyətin yerləşdiyi binaya endirilib.

İran tərəfi qeyd edib ki, "Ərəfcan" bazası ABŞ-ın regiondakı quru qoşunlarının əsas idarəetmə və yerləşdirmə mərkəzlərindən biridir.

"Əl-Ədiri" düşərgəsindən helikopter texnikasının bazalanması üçün istifadə olunur, "Əhməd əl-Cabir" bazası isə aviasiya əməliyyatları və müşahidə fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO