Boru xətti çəkən fəhlələr xəzinə tapdılar - 19 küpün içində...

Boru xətti çəkən fəhlələr xəzinə tapdılar - 19 küpün içində...

Hazırda oxunan: Boru xətti çəkən fəhlələr xəzinə tapdılar - 19 küpün içində...

626282

İspaniyanın Sevilya bölgəsində yerləşən Tomares qəsəbəsində boru xəttinin çəkilişi zamanı aparılan qazıntı işləri gözlənilməz tapıntı ilə nəticələnib. İş maşınının kepçəsi yerin təxminən bir metr dərinliyində bərk cisimlərə toxunduqdan sonra iş dayandırılıb və ərazidə aparılan təmizləmə zamanı heyrətamiz mənzərə ortaya çıxıb.

Bizim.Media mətbuat.az-a istinadla xəbər verir ki, qazıntı zamanı yan-yana və üst-üstə səliqə ilə düzülmüş 19 ədəd antik gil küp aşkar edilib. Arxeoloqların araşdırmaları nəticəsində məlum olub ki, küplərin içində ümumi çəkisi təxminən 600 kiloqram olan 50 mindən çox antik Roma sikkəsi var.
 

Tədqiqatlar göstərib ki, sikkələr Roma imperiyasının eramızın III əsrinin sonu - IV əsrinin əvvəlinə aiddir. Gümüş örtüklü bu pulların üzərində heç bir aşınma izi olmadığından onların dövriyyəyə buraxılmadığı ehtimal edilir. Sikkələrin üzərində Roma imperatorları I Konstantin və Qaleriusun təsvirləri yer alır.


Mütəxəssislərin fikrincə, bu xəzinə vaxtilə hərbi qarnizonun maaşlarının ödənilməsi və ya vergi vəsaitinin saxlanılması üçün toplanıb, daha sonra isə baş verən qarışıqlıqlar səbəbindən torpağın altında gizlədilib.

Arxeologiya dünyasında böyük marağa səbəb olan bu unikal tapıntı hazırda Sevilya Arxeologiya Muzeyində qorunur. Sikkələrin təmizlənməsi və elmi təsnifatı istiqamətində işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO