İnternetdə hələ rəsmi təqdimatı keçirilməyən Nokia 300 4G Power Bank düyməli telefonunun texniki xüsusiyyətləri yayılıb.
Bizim.Media xəbər verir ki, yeni model adi mobil telefonla yanaşı, xarici batareya (powerbank) funksiyasını da yerinə yetirəcək.
Sızdırılan məlumatlara əsasən, cihaz 2,4 düymlük QVGA ekran, 0,3 meqapiksellik kamera və 3700 mAs tutumlu batareya ilə təchiz olunacaq.
İstehsalçı telefonun gözləmə rejimində 44 günədək enerji doldurmadan işləyə biləcəyini bildirir. Bundan əlavə, cihaz 5 vatt gücündə əks enerji doldurma (reverse charging) funksiyasını dəstəkləyəcək. Telefonun özünün enerji yığması isə USB-C vasitəsilə 18 vatt gücündə həyata keçiriləcək.
Bildirilib ki, model IP65 standartına uyğun su və tozdan qorunma, 4G şəbəkə dəstəyi, 32 GB-dək microSD kart, Bluetooth, 3,5 mm qulaqlıq girişi, FM radio və daxili media pleyerlə təchiz ediləcək.
Telefonun diqqətçəkən xüsusiyyətlərindən biri də güclü LED fənəridir. Məlumata görə, bu fənər yürüşlər və açıq hava şəraitində istifadə üçün nəzərdə tutulub və işıq gücü baxımından iPhone 16 Pro-nun flaşından təxminən iki dəfə parlaqdır.
Bizim.Media




































































































