Almaniyada Hitleri tərifləyən şəxs məhkəmə qarşısına çıxacaq - FOTO

Almaniyada Hitleri tərifləyən şəxs məhkəmə qarşısına çıxacaq - FOTO

Hazırda oxunan: Almaniyada Hitleri tərifləyən şəxs məhkəmə qarşısına çıxacaq - FOTO
626246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Münster şəhərində 58 yaşlı Niderland vətəndaşı Stefan Viykamp barəsində nifrətin qızışdırılması maddəsi ilə irəli sürülən ittiham üzrə məhkəmə prosesi keçiriləcək.

Bizim.Media xəbər verir ki, alman mətbuatı xarici görünüşünə və Adolf Hitlerə açıq simpatiyasına görə onu "Hollandiyalı Hitler" adlandırır.
 

Prokurorluğun məlumatına görə, Viykamp Münster şəhərinin baş dəmiryolu vağzalı yaxınlığında keçirilən aksiyada verdiyi müsahibədə Adolf Hitleri "dahi" adlandıraraq onu tərifləyib. Məhz bu açıqlamalar cinayət işi açılması üçün əsas olub.


Məlumata görə, Viykamp sağ radikal dairələrdə tanınan şəxsdir. O, Almaniyada neonasist tədbirlərində iştirak edib, fəaliyyəti dayandırılmış Die Rechte partiyasının üzvü olub və daha əvvəl SS simvollarından istifadə etdiyi üçün işini itirib.

Almaniya qanunvericiliyinə əsasən, nasizmin açıq şəkildə təbliği və ya bəraət qazandırılması cərimə və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. Təqsirləndirilən şəxs məhkəməyə gəlməyəcəyi təqdirdə, məhkəmə onun barəsində qiyabi qərar çıxara və ya həbs orderi verə bilər.

Almaniyada Hitleri tərifləyən şəxs məhkəmə qarşısına çıxacaq - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO