Alimlər insanın üzərinə özü geyinilən ağıllı geyim hazırladı - VİDEO

Alimlər insanın üzərinə özü geyinilən ağıllı geyim hazırladı - VİDEO

Hazırda oxunan: Alimlər insanın üzərinə özü geyinilən ağıllı geyim hazırladı - VİDEO

626238

Cənubi Koreya alimləri insanın üzərinə avtomatik şəkildə geyinilə bilən innovativ geyim hazırlayıblar.

Bizim.Media xəbər verir ki, layihə Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) və Stanford Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb.
 

Geyimə hava ilə işləyən yumşaq, şişirilə bilən elementlər inteqrasiya edilib. Bu mexanizm aktivləşdirildikdə geyim genişlənərək istifadəçinin bədəni boyunca hərəkət edir və onun üzərinə özü geyinir.


Layihənin müəlliflərindən biri Kim Nam Gyun bildirib ki, bu ideya ona yağış altında velosiped sürərkən yaranıb.

Tədqiqatçıların sözlərinə görə, texnologiya ilk növbədə yaşlı insanların və fiziki məhdudiyyətli şəxslərin gündəlik həyatını asanlaşdıra bilər. Bundan əlavə, sistemin xəstəxanalar və qoruyucu geyimlərin tez-tez dəyişdirildiyi digər iş yerlərində də geniş tətbiq perspektivinə malik olduğu qeyd edilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO