İsraildə seçkilərə geri sayım başladı: Netanyahunun taleyini bu seçicilər həll edəcək

İsraildə seçkilərə geri sayım başladı: Netanyahunun taleyini bu seçicilər həll edəcək

Hazırda oxunan: İsraildə seçkilərə geri sayım başladı: Netanyahunun taleyini bu seçicilər həll edəcək

626192

İsrail parlamenti – Knessetin buraxılmasından sonra ölkədə rəsmi olaraq parlament seçkiləri kampaniyasına start verilib.

Bizim.Media xəbər verir ki, Ynet nəşrinin yazdığına görə, əsas sual tərəflərdən hansının Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə biləcəyidir.

Nəşrin məlumatına əsasən, seçkilərin nəticəsini qərarını verməmiş seçicilər, eləcə də həm Benyamin Netanyahunun düşərgəsini, həm də onun rəqiblərini dəstəkləyə biləcək kiçik sağçı partiyalar müəyyən edə bilər.

Mühüm məsələlərdən biri də müxalifətin vahid namizəd ətrafında birləşə bilib-bilməyəcəyidir.
 

"Dəyişiklik bloku"nun potensial liderləri sırasında Qadi Ayzenkot və Naftali Bennettin adları çəkilir.


Bildirilib ki, seçkiqabağı mübarizənin əsas mövzuları ölkənin təhlükəsizliyi, 2023-cü il 7 oktyabr hadisələrinin nəticələri, ultraortodoks yəhudilərin hərbi xidmətə çağırılması və məhkəmə islahatı olacaq

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO