Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

Hazırda oxunan: Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 874-ə çatdı

626055

Konqo Demokratik Respublikasında baş qaldıran Ebola virusu epidemiyası nəticəsində həyatını itirənlərin sayı 874 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə rəhbərliyinin rəsmi bəyanatına istinadən "İnterfaks" agentliyi məlumat yayıb.

Laboratoriya analizləri ilə diaqnozu rəsmən təsdiqlənmiş yoluxanların ümumi sayı 2181 nəfərə yüksəlib. Hazırda xəstəxanalarda 722 pasiyentin müalicəsi davam edir, 412 nəfər isə tam sağalaraq evə buraxılıb. 

Mövcud epidemiya dalğasında virusun ölüm göstəricisi 39,6% təşkil edir.

Epidemiya ölkənin şərq əyalətlərini, yoluxmanın episentri sayılan İturi, həmçinin Şimali və Cənubi Kivu, Yuxarı Uele və Çopo bölgələrini bürüyüb. Ən yüksək yoluxma dinamikası hələ də İturi əyalətində qeydə alınır.

"Operativ reaksiya qrupları xəstəliyin daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün epidemioloji nəzarəti gücləndirir, erkən diaqnostika, xəstələrə qulluq və yoluxmuş şəxslərin təmasda olduğu insanların izlənilməsi tədbirlərini genişləndirir", - Konqo rəhbərliyinin bəyanatında bildirilib.

Xatırladaq ki, Ebola epidemiyası mayın 15-də Uqanda və Cənubi Sudan ilə sərhəddə yerləşən İturi əyalətində başlayıb.

Sonradan infeksiya KDR-in digər bölgələrinə və qonşu Uqandaya da sıçrayıb. Uqandada artıq sonuncu yoluxmuş xəstənin sağalaraq xəstəxanadan çıxarıldığı qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO