ABŞ ordusunun iyunun 27-dən iyulun 18-nə qədər İrana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 50 nəfərə yüksəlib, 500-dən çox insan isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xoseyn Kermanpur özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
Rəsmi açıqlamada həlak olanlar arasında 5 qadın və 18 yaşından kiçik 2 yeniyetmənin olduğu bildirilir. Yaralılar arasında isə 32 qadın, həmçinin 18 uşaq və yeniyetmə qeydə alınıb.
Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını və danışıqların yeni mərhələsinə başlanılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumu imzalanmışdı.
Lakin bu razılaşmadan cəmi bir neçə gün sonra Vaşinqton rəhbərliyi Tehranı atəşkəsi pozmaqda ittiham etdi.
Tehran da öz növbəsində ABŞ hərbçilərini ölkə ərazisinə yenidən zərbələr endirməkdə günahlandırır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:49 / 18.07.2026
İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI
Hazırda oxunan: İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI
Hazırda oxunan: İran ABŞ-nin hücumlarından sonra mülki itkilərin sayını AÇIQLADI
626051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































