Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

Hazırda oxunan: Polşa ABŞ-dan ilk hücum körpülərini TƏHVİL ALDI

626050

Polşa Amerikanın "Abrams" tankının bazasında yığılmış ilk "M1074 Joint Assault Bridge" (JAB) hücum körpüsünü təhvil alıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The National Interest" nəşrinin icmalçısı Piter Suçiu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Varşava ümumilikdə 25 ədəd bu cür mexanikləşdirilmiş körpü almağı planlaşdırır. Tərəflər arasında hələ 2022-ci ildə 17 ədəd körpüquranın tədarükünə dair rəsmi müqavilə imzalanıb.

Qalan 8 ədəd JAB mexanizmi isə "Abrams" tanklarının satın alınması üzrə bağlanmış digər müqavilə çərçivəsində Polşaya göndəriləcək.
 

Qeyd edək ki, "M1074 JAB" mexanikləşdirilmiş körpüləri "Abrams" tankının şassisi üzərində qurulmuş zirehli hərbi-mühəndislik maşınlarıdır. Bu texnika maneələri dəf etmək, minalardan təmizləmək və keçid bərpa etmək məqsədilə operativ şəkildə fəaliyyətə gətirilə bilir. 


Sözügedən mühəndislik maşınları ordunun silahlanmasında olan köhnəlmiş "M60 AVLB" körpüquranlarını əvəz etmək üçün hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO