İrandan ABŞ-ın hücumlarına CAVAB – Üç ölkəyə zərbələr endirildi – VİDEO

İrandan ABŞ-ın hücumlarına CAVAB – Üç ölkəyə zərbələr endirildi – VİDEO

Hazırda oxunan: İrandan ABŞ-ın hücumlarına CAVAB – Üç ölkəyə zərbələr endirildi – VİDEO

618339

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisi üzərində Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsinin vurulduğunu və ABŞ-nin bölgədəki obyektlərinə raket zərbələri endirildiyini elan edib.

Bizim.Media xəbər verir ki, SEPAH-ın bəyanatını "Tasnim" xəbər agentliyi yayıb.

SEPAH-ın məlumatına görə, Hərbi Dəniz Qüvvələri Buşehr əyalətindəki Cəm dairəsi səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub. Həmçinin ABŞ-nin regiondakı hərbi bazalarındakı 21 hədəfə zərbələr endirilib.

Bundan əlavə, SEPAH-ın Aerokosmik Qüvvələri uzun mənzilli bərk yanacaqlı raketlərdən istifadə edərək İordaniyadakı Əl-Əzraq aviabazasındakı F-35 qırıcı təyyarələrinin anqarları da daxil olmaqla dörd hədəfi vurub. Vurulan hədəflər sırasında ABŞ-ın Bəhreyn və Küveytdəki bazaları da var.

SEPAH İranın hərbi qüvvələrinin hər hansı yeni təcavüzə sarsıdıcı və qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb və nəticələrə məsuliyyəti ABŞ-nin üzərinə atıb.

Xatırladaq ki, daha əvvəl ABŞ İranın cənubunda bir sıra strateji obyektlərə zərbələr endirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO