Macarıstan deputatları öz maaşlarını kəskin azaltdılar

Macarıstan deputatları öz maaşlarını kəskin azaltdılar

Hazırda oxunan: Macarıstan deputatları öz maaşlarını kəskin azaltdılar
618173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstan Parlamenti deputatların gəlirlərinin və imtiyazlarının əhəmiyyətli dərəcədə ixtisar edilməsi barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, hakim "Tisa" partiyasının fraksiyası tərəfindən irəli sürülən qanun layihəsi müxalifət tərəfindən də dəstəklənib və parlamentin iclasında yekdilliklə qəbul olunub.

Qəbul edilən yeni qanunun əsas bəndləri aşağıdakılardır:

Maaşların 40% azaldılması: Ölkədə deputatların maaşları ötən ilin adambaşına düşən ÜDM (Ümumi Daxili Məhsul) payı, həmçinin komitələrdəki fəaliyyət və tutduqları vəzifə əmsalları nəzərə alınmaqla formalaşır. Yeni qərara əsasən, bu əməkhaqları 40% azaldılır. Macarıstan mediasının məlumatına görə, hesablama zamanı baza dərəcəsi təxminən 5 min avro təşkil edir.

Maddi güzəştlərdən imtina: Parlamentarilər bir sıra maliyyə güzəştləri və kompensasiyalardan imtina ediblər. Belə ki, mobil rabitə və yanacaq xərcləri üçün edilən ödənişlər tamamilə ləğv olunub.

Xidməti xərclərin ixtisarı: Deputatların xidməti fəaliyyəti ilə bağlı xərclər də ciddi şəkildə məhdudlaşdırılıb:

Mehmanxana (şəxsi yerləşmə) xərclərinin maliyyələşdirilməsi 31%,

Ofis icarəsi xərcləri 52%,

Deputat köməkçilərinin əməkhaqqı fondu isə 30% azaldılıb.

Xəbərdə həmçinin qeyd olunur ki, bundan əvvəl Macarıstan hakimiyyəti Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına yeni işçi vizalarının verilməsini dayandırdığını elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO