25 illik həsrət “Google Earth” sayəsində bitdi: Ailəsini belə tapdı – FOTO

25 illik həsrət “Google Earth” sayəsində bitdi: Ailəsini belə tapdı – FOTO

Hazırda oxunan: 25 illik həsrət “Google Earth” sayəsində bitdi: Ailəsini belə tapdı – FOTO

616219

1986-cı ildə Hindistanda itən və Tasmaniyada övladlığa götürülərək böyüyən Saru 25 illik həsrətini kompüter arxasında bitirib. Belə ki, “Google Earth” peyk görüntülərindən istifadə edən gənc adam doğma anasını tapmağı bacarıb.

Bizim.Media "EnSonHaber"ə istinadla xəbər verir ki, Saru uşaqlıq illərində qardaşı ilə birlikdə qatarlarda süpürgəçi olaraq işləyib.
 

O, yorucu bir iş gecəsinin ardından qatar stansiyasında yuxuya gedib, oyandıqdan sonra qardaşının qarşıda dayanan qatarın içində olduğunu düşünüb və qatara minib.


Qatar hərəkət edəndə yenidən yuxuya gedən 5 yaşlı uşaq 14 saat sonra gözlərini açanda Hindistanın ən böyük və ən izdihamlı şəhərlərindən biri olan, gecəqondu məhəllələri ilə məşhur Kəlküttəyə çatıb.

O, Kəlküttə küçələrində sağ qalmağa çalışan yüzlərlə dilənçi uşaqdan birinə çevrilib, qısa müddət sonra isə Avstraliyanın Tasmaniya ştatında yaşayan Brirli ailəsi tərəfindən övladlığa götürülüb.

Saru Avstraliyada sevgi dolu bir mühitdə böyüsə də, daim doğma ailəsini tapmaq arzusunda olub. Ən böyük maneə isə oxuma-yazma bilməyən 5 yaşlı bir uşaq ikən ayrıldığı qəsəbəsinin adını xatırlamaması idi.
 

O, qatarın sürətini və içində keçirdiyi 14 saatı hesablayaraq Kəlküttə mərkəzli 1.200 kilometrlik bir radius dairəsi cızıb və bu dairənin içindəki qəsəbələri peykdən xəritəyə yaxınlaşanda qəsəbəni, uşaqkən oynadığı şəlaləni və küçələri dərhal tanıyıb.


Vaxt itirmədən Hindistandakı həmin qəsəbəyə, uşaqlığını keçirdiyi məhəlləsinə gedən Saru xatirələrinin izi ilə evini tapıb. Əlindəki uşaqlıq şəkli ilə məhəllə sakinlərinə suallar verən gənc adam qonşusunun köməyi ilə anasını tapıb.

Saru anasını tapmasıyla özü ilə birlikdə yola çıxan və o gecə stansiyada itirdiyi qardaşının özü itəndən cəmi bir ay sonra qatar relslərində həyatını itirdiyini öyrənib. İki qardaşın bir-birini axtararkən yaşadığı bu bədbəxt hadisə qovuşma anının ən kədərli detalı olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO