
- A-
- A
- A+
Dünya
16:15 / 23.12.2020
Bosniyada mühacirlərin qaldığı düşərgə yandı
Hazırda oxunan: Bosniyada mühacirlərin qaldığı düşərgə yandı
6119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Bosniyanın şimal-qərbində, təxminən 1200 nəfərin yerləşdiyi miqrant düşərgəsində yanğın baş verib.
Bizim.Media Bosniyanın xəbər portalı “Klix”ə istinadən xəbər verir ki, Lipa düşərgəsində neft və elektrik enerjisi generatorlarının saxlandığı hissədə yanğın olub.
Bildirilib ki, hüquq-mühafizə orqanın əməkdaşları və yanğınsöndürənlər Bihacdan 25 km aralıda yerləşən düşərgəyə göndərilib.
Yerli polisin dediyinə görə, itkilər haqqında hələ dəqiq məlumat yoxdur.
Vüqar Ağamalıoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































