Qondarma “Luqansk Xalq Respublikası”nın (“LXR”) xalq milislərinin nümayəndəsi İvan Filiponenko bildirib ki, Ukrayna Donbasda kəşfiyyat üçün Bayraktar TB2 pilotsuz uçan aparatlarından fəal şəkildə istifadə edir.
Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Ukrayna Silahlı Qüvvələri tərəfindən Bayraktar TB2 pilotsuz uçan aparatlarının kəşfiyyat məqsədləri üçün fəal istifadəsini qeyd edirik. Onların uçuş marşrutları hər gün təmas xəttinə daha yaxınlaşır”, deyə o, qeyd edib.
Filiponenko əlavə edib ki, polis Donbasdakı təmas xəttinə Ukrayna xüsusi təyinatlılarının iki qrupunun gəlməsini qeydə alıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla söhbətində bildirib ki, NATO silahları ilə Kiyev Donbasdakı vəziyyəti həll etməyə çalışır.
Bu barədə Kremlin saytında məlumat verilib.
Qeyd olunur ki, liderlər arasında söhbət Parisin təşəbbüsü ilə baş tutub. Tərəflər Donbasda təmas xəttində vəziyyətin kəskin şəkildə pisləşməsindən narahat olduqlarını bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:59 / 20.02.2022
“Ukrayna Donbasda “Bayraktar TB2”dən istifadə edir” – Luqansk separatçılarının İDDİASI
Hazırda oxunan: “Ukrayna Donbasda “Bayraktar TB2”dən istifadə edir” – Luqansk separatçılarının İDDİASI
Hazırda oxunan: “Ukrayna Donbasda “Bayraktar TB2”dən istifadə edir” – Luqansk separatçılarının İDDİASI
61056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.