ABŞ-da təyyarə evin üzərinə düşdü: Ölən var – FOTO/VİDEO

ABŞ-da təyyarə evin üzərinə düşdü: Ölən var – FOTO/VİDEO

Hazırda oxunan: ABŞ-da təyyarə evin üzərinə düşdü: Ölən var – FOTO/VİDEO

608179

ABŞ-ın Florida ştatının Tampa şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə evin üzərinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
 

Məlumata görə, Tampa Şimali Hava Limanından havaya qalxan “Cessna” təyyarəsi yerli vaxtla səhər saat 8:35 radələrində naməlum şəraitdə qəzaya uğrayıb. Təyyarədə olan yeganə şəxs pilot olsa da, o, qəzadan sağ çıxa bilməyib.


Təyyarə qəzaya uğradıqdan sonra yanğın baş verib və evə ziyan dəyib.

Hazırda təyyarə qəzası ilə bağlı araşdırma aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO