Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Hazırda oxunan: Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

606150

Çexiya Prezidenti Petr Pavel ABŞ Prezidenti Donald Trampın NATO üzvü olan ölkələrə münasibətdə son sərt bəyanatlarını tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Çexiya liderinin sözlərini Seznam Zprávy nəşri yayıb.

Pavel hesab edir ki, Trampın tənqidi açıqlamaları NATO-nun nüfuzuna Rusiya Prezidenti Vladimir Putinin illər ərzində vura bildiyindən daha çox zərər yetirir.

“Son bir neçə həftədə Tramp NATO-nun nüfuzunun aşağı salınması üçün Vladimir Putinin uzun illər ərzində bacardığından daha çox iş görüb”, - deyə o bildirib.

Pavel həmçinin vurğulayıb ki, NATO müdafiə alyansıdır və öz ərazisindən kənarda baş verən müharibələrdə avtomatik iştirak etməyə borclu deyil.

Çexiya lideri əlavə edib ki, Avropalı müttəfiqlər əvvəldən məqsədlər və əməliyyatlar barədə məlumatlandırılmayıb, həmçinin onlardan əməkdaşlıq da istənilməyib.

“Yalnız müharibə gözlənilməz istiqamətdə inkişaf etməyə başlayanda Donald Tramp bildirdi ki, Avropalı müttəfiqlər Hörmüz boğazında təhlükəsiz naviqasiyanın qayğısına qalmalıdırlar. Müsbət cavab almayanda isə bunu bütün NATO üçün məyusluq saydı”, - deyə Pavel bildirib.

O, bu yanaşmanı “ədalətsiz” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO