"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

Hazırda oxunan: "Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

606079

Ötən gün İsrail Müdafiə Ordusu (IDF) həyata keçirdiyi əməliyyat nəticəsində “Hizbullah”ın baş katibi Naim Qasemin şəxsi katibi və qardaşı oğlu Əli Yusif Haraşini öldürüb.

Bizim.Media xəbər verir ki, İsrail mediasının məlumatına görə, Haraşi baş katib Naim Qasemin yaxın müşaviri olub, onun ofisinin idarə olunmasında və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayıb.

Gecə saatlarında İDF Livanın Litani çayı üzərində yerləşən iki əsas körpüyə də zərbələr endirib.

Bu körpülərdən “Hizbullah” döyüşçüləri şimaldan cənuba minlərlə silah, raket və buraxılış qurğularının daşınması üçün istifadə edirdi.

Bundan əlavə, Livanın cənubunda qruplaşmaya məxsus 10-a yaxın silah anbarı, raket qurğuları və qərargahlar da hücuma məruz qalaraq sıradan çıxarılıb.


Fotoda Naim Qasem

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO