Qətərin Xarici İşlər Nazirliyi bildirib ki, İran öz hücumlarının törətdiyi dağıntıların nəticələrinə görə kompensasiya ödəməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Qətər XİN-in saytında yer alıb.
Qətər BMT-ni rəsmi şəkildə məlumatlandırıb ki, ölkə ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə endirilən zərbələrə görə hüquqi və maliyyə məsuliyyətini İranın üzərinə qoyur.
Rəsmi Doha bəyan edib ki, Tehran bu hərəkətlər nəticəsində Qətər dövlətinə dəyən bütün zərərin əvəzini ödəməlidir.
Bizim.Media






























































































