Trampdan sərt qərar

Trampdan sərt qərar

Hazırda oxunan: Trampdan sərt qərar

604967

ABŞ yeni iqtisadi addımlarla qlobal şirkətlərə təzyiqi artırır.

Bizim.Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp xaricdən idxal olunan bəzi dərmanlara 100 faizədək gömrük rüsumu tətbiq etməyi planlaşdırır.

Ağ Evin yaydığı məlumata görə, bu qərar xarici əczaçılıq şirkətlərini ABŞ-də istehsal qurmağa və dərman qiymətlərini aşağı salmağa məcbur etmək məqsədi daşıyır.

Şərtlərə əsasən, şirkətlər həm ABŞ-də istehsalı təşkil etməli, həm də reseptlə satılan dərmanların qiymətlərini azaltmalıdır. Bu iki şərti yerinə yetirməyən istehsalçılar üçün rüsum 100 faiz olacaq.

Yalnız istehsalı ABŞ-yə köçürən şirkətlər üçün rüsum 20 faiz səviyyəsində müəyyən edilib.

Böyük əczaçılıq şirkətlərinə bu tələbləri yerinə yetirmək üçün 120 gün, kiçik şirkətlərə isə 180 gün vaxt verilib.

Bununla yanaşı, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və İsveçrədən gətirilən dərmanlara rüsum 15 faizlə məhdudlaşdırılacaq.

Tramp eyni zamanda polad, alüminium və mis məhsullarına tətbiq edilən rüsumları da yenidən nəzərdən keçirib. Əsas tarif 50 faiz səviyyəsində saxlanılıb, lakin tərkibində metal payı az olan məhsullar üçün bu göstərici aşağı salınıb və bəzi hallarda tam ləğv edilib.

Qeyd olunur ki, bu addımlar ABŞ Ali Məhkəməsinin fevral ayında əvvəlki tariflərin bir hissəsini ləğv etməsindən sonra yeni iqtisadi mexanizm kimi təqdim olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO