Pakistanda kamikadze polis bölməsinə hücum edib, ölənlər var - FOTO

Pakistanda kamikadze polis bölməsinə hücum edib, ölənlər var - FOTO

Hazırda oxunan: Pakistanda kamikadze polis bölməsinə hücum edib, ölənlər var - FOTO

604822

Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu rayonunun Domel ərazisində kamikadze-terrorçu polis bölməsinə hücum edib. 

Bizim.Media xəbər verir ki, India TV-nin məlumatına görə, partlayıcı maddələrlə dolu avtomobil bölmənin binasına çırpılıb və ardınca güclü partlayış baş verib.
 

İlkin məlumatlara görə, üç qadın və bir uşaq da daxil olmaqla ən azı beş nəfər ölüb, dörd polis əməkdaşı da yaralanıb. Partlayış nəticəsində yaxınlıqdakı bir neçə yaşayış binasına ziyan dəyib. 


Məlumata görə, hücumun əsas hədəfi polis bölməsi olub. Partlayışdan sonra ərazidə silah səsləri eşidilib və yerli sakinlər arasında çaxnaşma yaranıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO