Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Hazırda oxunan: Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

604819

ABŞ-ın müharibə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah Rəisindən əlavə daha iki generalı da vəzifəsindən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə “CNN“ anonim ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, onlar ABŞ Ordusunun Şəxsi Heyətlə İş üzrə rəisi general-mayor Uilyam Qrin və ordunun Təlim və Transformasiya üzrə komandanı general Devid Hodne olub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefa verdiyi bildirilib.

“CNN” Corcun istefa qərarının Heqsetin göstərişi ilə verildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO