Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Hazırda oxunan: Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

604073

Avropa İttifaqı (Aİ) insan hüquqlarının pozulmasına görə İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

Sənədə əsasən, Aİ Şurası məhdudlaşdırıcı tədbirlərin 13 aprel 2027-ci il tarixinədək uzadılması barədə qərar qəbul edib.
 

Sanksiyalar 262 fiziki şəxsə – əsasən hüquq-mühafizə orqanlarının əməkdaşlarına, məmurlara, penitensiar və məhkəmə sisteminin işçilərinə, həmçinin 53 təşkilata qarşı tətbiq edilib.


Fiziki şəxslərə qarşı tədbirlər Aİ-yə giriş qadağasını və Avropa banklarında aktivlərin dondurulmasını nəzərdə tutur, hüquqi şəxslər üçün isə aktivlərin dondurulması və Avropa biznesinin onlarla hər cür əlaqəsinin qadağan edilməsi tətbiq olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO