Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Hazırda oxunan: Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

603925

Roma Papası XIV Leo Palma bazarı münasibətilə keçirilən messadakı moizəsində Tanrının müharibəyə bəraət qazandırdığı barədə fikirləri rədd edib.

Bizim.Media xəbər verir ki, CBS News-un məlumatına görə, Papa vurğulayıb ki, İsa sülhün hökmdarıdır və heç kim onun adı ilə müharibəyə haqq qazandıra bilməz.
 

“Qardaşlar və bacılar, bizim Rəbbimiz budur — müharibəni rədd edən Sülh Kralı İsa. Heç kim Ondan müharibəyə haqq qazandırmaq üçün istifadə edə bilməz. O, müharibə aparanların dualarını qəbul etmir, əksinə, onları rədd edir”, - Papa deyib.


XIV Leo bildirib ki, o, amansız münaqişələrin nəticələrindən əziyyət çəkən xristianlar üçün dua edir.

Onun sözlərinə görə, bir çox hallarda onlar bu müqəddəs günlərin ayinlərini tam şəkildə yerinə yetirə bilmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO