Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində Ukraynaya məxsus 389 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Pskov, Novqorod, Leninqrad vilayətləri, Moskva regionu və Krım üzərində zərərsizləşdirilib.
Rusiya teleqram kanallarının yazdığına görə, hücumlardan sonra Rusiyanın ən böyük neft terminalı Ust-Luqa limanında yanğın baş verib.
Qeyd edək ki, sözügedən limandan Rusiya neft məhsullarının xarici bazarlara tədarükü üçün istifadə edir.
Bizim.Media




































































































