ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Rusiya İranla əməkdaşlığını genişləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazır.
Məlumata görə, Moskva Tehranla kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirib.
Rusiya İrana peyk görüntüləri və təkmilləşdirilmiş pilotsuz uçuş aparatları (PUA) texnologiyaları təqdim edir ki, bu da Tehranın regiondakı ABŞ qüvvələrinə qarşı zərbələr endirməsinə kömək edir.
Mənbələrin sözlərinə görə, bu dəstək rabitə, naviqasiya və hədəfləmə imkanlarını artırmaq üçün modifikasiya olunmuş “Şahed” tipli dronların komponentlərinin verilməsini də əhatə edir. Bununla yanaşı, Moskva Ukraynadakı müharibə təcrübəsini nəzərə alaraq, İrana PUA-ların istifadəsi ilə bağlı taktiki məsləhətlər verir.
Məhz Moskvanın dəstəyi ilə İran Fars körfəzində ABŞ-ın radiolokasiya sistemlərinə zərbələr endirib.
Rəsmilərdən birinin sözlərinə görə, Rusiyanın İrana ötürdüyü məlumatlar Rusiya Hərbi Hava Qüvvələrinin idarə etdiyi peyk şəbəkəsindən əldə olunur. Hərbi analitiklər isə qeyd edir ki, İranın həyata keçirdiyi zərbələr Rusiyanın Ukraynada tətbiq etdiyi taktikalara bənzəyir.
Rusiya-İran əməkdaşlığı dərinləşir
Rusiya və İran arasında rəsmi hərbi ittifaq olmasa da, Moskva Tehranın əsas hərbi texnika təchizatçılarından biri hesab olunur. Tərəflər mütəmadi olaraq birgə hərbi təlimlər də keçirir.
Xatırladaq ki, İran 2022-ci ildən etibarən Rusiyaya “Şahed” zərbə dronları təqdim edib və bu PUA-lar Ukrayna müharibəsində geniş istifadə olunub. Daha sonra Moskva bu dronların istehsalını öz ərazisində təşkil edib, onların naviqasiya və hədəfləmə imkanlarını təkmilləşdirib, həmçinin radioelektron mübarizəyə qarşı davamlılığını artırıb.
Hazırda isə Rusiya bu yeniliklərin bir hissəsini İranla bölüşür.
Bununla belə, ekspertlər hesab edir ki, Kremlin İrana verə biləcəyi dəstək təkcə Ukraynadakı müharibə ilə deyil, həm də ABŞ-la münasibətləri gərginləşdirmək istəməməsi ilə məhdudlaşır.
Keçmiş CIA analitiki Jim Lamson bildirib ki, Rusiyanın təqdim etdiyi peyk məlumatları və taktiki məsləhətlər məhdud olsa da, İranın konkret hərbi hədəfləri vurmaq imkanlarını artırmaq baxımından əhəmiyyətlidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:56 / 19.03.2026
“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”
Hazırda oxunan: “İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”
Hazırda oxunan: “İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”
602353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































