İsrailin hədəfində olan 7 iranlı kimdir?

İsrailin hədəfində olan 7 iranlı kimdir?

Hazırda oxunan: İsrailin hədəfində olan 7 iranlı kimdir?

602176

ABŞ-İsrail koalisiyasının İrana qarşı həyata keçirdiyi əməliyyatlar fonunda ölkənin hərbi-siyasi elitasının bir çox simaları öldürülüb. Ali Lider, müdafiə naziri, Baş Qərargah rəisi, SEPAH komandanı, Ali Milli Təhlükəsizlik Şurasının katibi, "Bəsic" qüvvələrinin rəhbəri və s. şəxslər bu günə qədər öldürülənlər sırasındadır. Müxtəlif mənbələrə görə, yeni hədəf siyahısı hazırlanıb.

Bizim.Media xəbər verir ki, ABŞ-İsrail koalisiyasının hədəfində olduğu iddia edilən və hazırda sağ qalan 7 əsas şəxs bunlardır:

Həsən Xomeyni – İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi və dini-siyasi dairələrdə təsirli fiqurlardan biri.

Həsən Ruhani – İranın sabiq prezidenti, ölkənin diplomatik kursunda mühüm rol oynamış siyasətçi.

Abbas Araqçı – hazırda İranın xarici işlər naziri və beynəlxalq danışıqlarda əsas simalardan biri.

Əbülqasim Salavati – sərt qərarları ilə tanınan və çoxsaylı ölüm hökmlərinə imza atan hakim.

Əhmədrza Radan – İranın polis rəisi, daxili təhlükəsizlik strukturlarının əsas rəhbərlərindən biri.

Qulamrza Ejei – məhkəmə sisteminin rəhbəri və ölkənin hüquq-mühafizə siyasətində mühüm fiqur.

Cavad Zərif – sabiq xarici işlər naziri və hazırda prezidentin müşaviri kimi fəaliyyət göstərən diplomat.

Qeyd olunur ki, adıçəkilən şəxslər İranın siyasi, hüquqi və təhlükəsizlik sistemində mühüm rol oynadıqları üçün mümkün hədəf kimi qiymətləndirilirlər. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO