Çin Milli Tikinti Materialları Qrupunun mühəndisləri adi poladdan 10 dəfə daha çox dartılma möhkəmliyinə malik olan T1200 karbon lifini hazırlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, yeni materialın diametri insan saçının qalınlığının onda birindən azdır. Lif olduqca yüngül və davamlıdır. Onun sıxlığı poladın təxminən dörddə bir hissəsinə bərabərdir.
Mühəndislər ultra möhkəm lifdən aerokosmik sənaye, pilotsuz uçuş aparatları və hava taksiləri, eləcə də humanoid robotlar kimi strateji əhəmiyyətli inkişaf edən sahələrdə istifadə etməyi planlaşdırırlar.
Bildirilib ki, material artıq yüzlərlə ton həcmində kütləvi istehsala hazırdır.
Bizim.Media





































































































