Yeni ali rəhbər Müctəba Xameneinin təyinatından sonra İran İsrail istiqamətində ilk raket zərbəsini endirib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, hücum zamanı buraxılan raketlərin üzərində “Xidmətinizdəyik, Seyid Müctəba” sözləri yazılıb.
Bu addım Müctəba Xameneyinin əvvəlki ali lider Əli Xameneyinin varisi kimi təyin edilməsindən dərhal sonra həyata keçirilib.
Məlumata görə, bu zərbə İranın yeni rəhbərliyinin ilk hərbi reaksiyası kimi dəyərləndirilir və regionda gərginliyin daha da artacağına işarədir.
Qeyd edək ki, İran Ekspertlər Assambleyası Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib.
Xatırladaq ki, İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.

Bizim.Media






























































































