Livanda didərgin düşənlərin sayı 454 mini keçdi

Livanda didərgin düşənlərin sayı 454 mini keçdi

Hazırda oxunan: Livanda didərgin düşənlərin sayı 454 mini keçdi

600334

İsrailin hücumları nəticəsində Livanda humanitar vəziyyət ağırlaşmaqda davam edir.

Bizim.Media xəbər verir ki, ölkənin sosial işlər naziri Hanin əs-Seyyid hökumətin yardım platformasında qeydiyyata alınan məcburi köçkünlərin sayının 454 min nəfərə çatdığını açıqlayıb.
 

Nazir bildirib ki, hücumlar nəticəsində minlərlə ailə evlərini tərk etmək məcburiyyətində qalıb və ölkənin müxtəlif bölgələrində müvəqqəti sığınacaqlara yerləşdirilib.


Livan rəsmilərinin verdiyi məlumata görə, İsrailin bazar ertəsi səhərindən etibarən ölkənin müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 294 nəfər həyatını itirib, 1 023 nəfər yaralanıb.

Hadisələr xüsusilə ölkənin cənub bölgələrində və bəzi yaşayış məntəqələrində ciddi dağıntılara səbəb olub.
 

Mütəxəssislər bildirirlər ki, yüz minlərlə insanın evlərini tərk etməsi Livanda humanitar böhran riskini daha da artırır. Hökumət və beynəlxalq təşkilatlar köçkünlərə yardım göstərmək üçün müxtəlif proqramlar həyata keçirməyə çalışır.


Bununla yanaşı, regionda davam edən hərbi əməliyyatlar səbəbindən vəziyyətin yaxın zamanda stabilləşəcəyinə dair qəti proqnoz vermək çətin olduğu qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO