2030-cu ildə 36 gün oruc tutulacaq

2030-cu ildə 36 gün oruc tutulacaq

Hazırda oxunan: 2030-cu ildə 36 gün oruc tutulacaq

600311

2031-cu il dini təqvim baxımından maraqlı hadisə ilə yadda qalacaq. Hicri və miladi təqvimlər arasındakı fərqə görə Ramazan ayı eyni il ərzində iki dəfə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu səbəbdən müsəlmanlar 2030-cu ildə ümumilikdə 36 gün oruc tutacaqlar.

Məlumata görə, Ramazan ayı 2030-cu il yanvarın 5-də başlayacaq və təxminən 30 gün davam edəcək. Daha sonra isə ilin sonunda, 26 dekabr 2030-cu ildə Ramazan ayı yenidən başlayacaq. Bu ikinci Ramazanın ilk 6 günü 2030-cu ilin içində, qalan günləri isə 2031-ci ildə tutulacaq.

Beləliklə, 2030-cu ildə ilin əvvəlində 30 gün, ilin sonunda isə 6 gün olmaqla cəmi 36 gün Ramazan orucu tutulmuş olacaq.

Səbəb – təqvim fərqi

Mütəxəssislər bildirirlər ki, bu vəziyyət hicri təqvimin miladi təqvimdən hər il təxminən 10–11 gün əvvəl gəlməsi ilə bağlıdır. Buna görə Ramazan ayı hər il bir qədər əvvəl başlayır və zamanla ilin müxtəlif fəsillərinə düşür.

32–33 ildən bir baş verir

Astronomların sözlərinə görə, Ramazan ayının eyni miladi ildə iki dəfə başlaması nadir, lakin məlum bir dövrdür və təxminən 32–33 ildən bir baş verir.

Tarixdə də buna bənzər hallar 1900, 1932, 1964 və 1997-ci illərdə qeydə alınıb. Hesablamalara görə, oxşar vəziyyətin 2062–2063-cü illərdə yenidən təkrarlanacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO