Çindən müharibənin gedişini dəyişə biləcək çağırış: “Dünya cəngəllik qanunlarına qayıtmamalıdır” - VİDEO

Çindən müharibənin gedişini dəyişə biləcək çağırış: “Dünya cəngəllik qanunlarına qayıtmamalıdır” - VİDEO

Hazırda oxunan: Çindən müharibənin gedişini dəyişə biləcək çağırış: “Dünya cəngəllik qanunlarına qayıtmamalıdır” - VİDEO

600309

Çinin xarici işlər naziri Vanq Yi Yaxın Şərqdə ABŞ və İsrailin hücumları, eləcə də İranın cavab zərbələri ilə artan gərginlik fonunda tərəflərə hərbi əməliyyatları dərhal dayandırmaq çağırışı edib.

Bizim.Media  xəbər verir ki, Vanq Yi Pekində keçirilən Çin Xalq Nümayəndələri Konqresinin illik sessiyası çərçivəsində təşkil olunan “Çinin xarici siyasəti və beynəlxalq münasibətlər” mövzusunda mətbuat konfransında bildirib ki, Çinin mövqeyi aydındır: “Atəşkəs təmin edilməli və münaqişə dərhal dayandırılmalıdır.”

“Bu müharibə ümumiyyətlə baş verməməli idi”
 

Çinli diplomat qədim Çin məsəlinə istinad edərək qeyd edib ki, “silahlar uğursuz alətlərdir və onlardan ehtiyatsız istifadə etmək olmaz.” Onun sözlərinə görə, Yaxın Şərqin alov içində olması bu müharibənin ümumiyyətlə baş verməməli olduğunu göstərir.


Vanq Yi vurğulayıb ki, silahlı qarşıdurmalar problemləri həll etmir, əksinə nifrəti artırır və yeni böhranlara yol açır.

Çindən kritik çağırış

Çin tərəflərə müraciət edərək hərbi əməliyyatları dərhal dayandırmağa, münaqişənin digər ölkələrə yayılmasının və nəzarətdən çıxmasının qarşısını almağa çağırıb.

Vanq Yi həmçinin bildirib ki, İranın və Körfəz ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət göstərilməlidir.

“Dünya cəngəllik qanunlarına qayıtmamalıdır”

Çinli nazir güc siyasətinin qəbuledilməz olduğunu qeyd edib:

“Güclü olan həmişə haqlı demək deyil. Dünya cəngəllik qanunlarına qayıtmamalıdır.”
 

O əlavə edib ki, Yaxın Şərq ölkələrinin daxili işlərinə müdaxilə edilməməli, regionun taleyi bölgə xalqları tərəfindən müəyyənləşdirilməlidir.


Vanq Yi bütün tərəfləri danışıqlar masasına qayıtmağa, problemləri bərabər dialoq yolu ilə həll etməyə çağırıb və böyük dövlətlərin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün məsuliyyətli və konstruktiv rol oynamalı olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO