“Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşulsalar, bu, “müharibə aktı” olacaq”.
Bizim.Media “Gulfnevs”ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
“Bu, müharibə aktı olardı. İrana qarşı hər hansı belə bir hərəkət təcavüzkarlara kömək kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə aktı kimi qiymətləndiriləcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl üç Avropa ölkəsinin – Böyük Britaniya, Fransa və Almaniyanın liderləri Yaxın Şərqdəki müttəfiqlərinə zərbələr endirməyə davam edərsə, İranı silahlı qüvvələrdən istifadə etməklə hədələmişdilər.
“Biz İranı bu ehtiyatsız hücumları dərhal dayandırmağa çağırırıq. Maraqlarımızı qorumaq üçün addımlar atacağıq”,-deyə Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerin bəyanatında deyilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:45 / 03.03.2026
İrandan üç ölkəyə MÜHARİBƏ TƏHDİDİ – “Əməliyyatlara qoşulsalar...”
Hazırda oxunan: İrandan üç ölkəyə MÜHARİBƏ TƏHDİDİ – “Əməliyyatlara qoşulsalar...”
Hazırda oxunan: İrandan üç ölkəyə MÜHARİBƏ TƏHDİDİ – “Əməliyyatlara qoşulsalar...”
599474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































