İsrail Ordusu Tehranda İranın teleradio yayımı idarəsinə zərbələr endirildiyini və obyektin məhv edildiyini bildirib.
Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) açıqlamasına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr onlarla bomba ataraq İran rejiminin kommunikasiya mərkəzini sıradan çıxarıb.
Qurumun məlumatında bildirilib ki, İranın teleradio idarəsi uzun illər İsrail dövlətinin məhv edilməsinə və nüvə silahından istifadəyə çağırışlar səsləndirib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:35 / 03.03.2026
Tehrana yeni hava zərbələri endirildi: Strateji obyekt məhv edildi – VİDEO
Hazırda oxunan: Tehrana yeni hava zərbələri endirildi: Strateji obyekt məhv edildi – VİDEO
Hazırda oxunan: Tehrana yeni hava zərbələri endirildi: Strateji obyekt məhv edildi – VİDEO
599317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































